Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən müharibəsindən qayıdan qazilər diqqət mərkəzindədir

15 yanvar 2021 | 16:00

2020-ci il sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edilmiş və düşmən üzərində tarixi Qələbə əldə olunmuşdur. Silahlı Qüvvələrimizin şəxsi heyətinin tərkibində tovuzlu hərbi qulluqçular da Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fəal iştirak etmiş və hərbi qulluq vəzifələrini şərəflə yerinə yetirmişlər.

Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq Tovuz rayonunda da şəhid ailələri və müharibə iştirakçıları ilə davamlı iş aparılır, mütamadi olaraq onlarla görüşlər keçirilir, onları narahat edən problemlər öyrənilir və həlli istiqamətində tədbirlər görülür.

Vətən müharibəsində yaralanan hərbi qulluqçularımızan biri də Aşağı Mülkülü kənd sakini Abbasov Ülvi Alik oğludur. Ülvi Abbasov 2000-ci ildə Aşağı Mülkülü kəndində anadan olmuş, kənd tam orta məktəbində təhsil almış, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və hərbi biliklərə mükəmməl yiyələnmişdir. Tovuz döyüşləri zamanı könüllü olaraq ordu sıralarına getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin rayon şöbəsinə müraciət etmişdir. 2020-ci ilin sentyabr ayında könüllü olaraq hərbi xidmətə yollanmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Ağdarə istiqamətində Suqovuşan və Talış kəndlərinin işğaldan azad olunması əməliyyatlarında iştirak etmişdir. Cəsur döyüşçü Ülvi Abbasov döyüşlərin birində yaralanmasına baxmayaraq qısa müddətdə sağlamlığını bərpa edərək yenidən döyüşlərə qatılmışdır. Ülvi Abbasov Suqovuşan uğrunda gedən döyüşlərdə təkrar yaralanmış, hərbi hospitalda müalicə olunmuş və hazırda ev şəraitində müalicəsini davam etdirir. 

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Aşağı Mülkülü kəndində Ülvi Abbasovun ailəsində olmuş və onunla görüşmüşdür. Səmimi söhbət zamanı qazi Ülvi Abbasov Silahlı Qüvvələrin sıralarında keçdiyi döyüş yolundan, Orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamdan danışmış, Vətən Müharibəsində sağlamlığını qismən itirmiş döyüşkçülərə göstərilən dövlət qayğısından razılığını bildirmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Ülvi Abbasovun sağlamlıq durumu və ailənin qayğıları ilə maraqlanmışdır. Rəşadətli Azərbaycan Ordusunun   şəxsi heyyətinin tərkibində Vətən Müharibəsində iştirak etdiyinə və hərbi qulluq vəzifələrini şərəflə yerinə yetirdiyinə görə qazi Ülvi Abbasova, onun valideyinlərinə təşəkkürlərini bildirmiş və ona bundan sonrakı həyat yollarında uğurlar diləmişdir.

Ülvi Abbasovun valideyinləri Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısına görə Azəraycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər