Tovuzda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə növbəti reyd keçirildi
Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sakinlər arasında maarifləndirmə tədbirləri davam etdirilir.
Tovuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qruplar tərəfindən rayon ərazisində reydlər keçirilmişdir. Reyd zamanı infeksiya ilə mübarizə məqsədilə qoyulan tələblərə əməl olunmasının vacibliyi rayon sakinlərinin diqqətinə növbəti dəfə çatdırılmış və lazımı maarifləndirici söhbətlər aparılmışdır. Eyni zamanda sakinlərə tibbi maskalar paylanılmışdır. Tibbi maskadan həm açıq havada, həm də qapalı məkanlarda istifadə etməyin, sosial məsafəni qorumağın və gigiyenik qaydalara riayət etməyin vacibliyi vurğulanmışdır.
Mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi qaydalarına ciddi riayət olunması məqsədilə verdiyi tapşırıq və tövsiyələr bir daha sakinlərin diqqətinə çatdırmışdır. Bu qaydalara riayət etməklə infeksiyaya yoluxma riskinin minimuma endirməyin mümkün olduğu bildirilmişdir.