Tovuz rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələri ziyarət olunub.
Başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi qızıl hərflərlə həkk olundu. Xalqımız böyük Qələbə sevinci yaşadı. Bu tarixi Qələbənin müəllifi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Çünki məhz İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi bizi sürətlə bu Qələbəyə yaxınlaşdırırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi. İlham Əliyev Ali Baş Komandan kimi ordumuzu qarşıda dayanan bütün vəzifələri yerinə yetirməyə qadir hərbi gücə çevirdi.
Vətən Müharibəsinin 44 günü ərzində Azərbaycan xalqı bir daha öz rəhbərinin vətənpərvərliyinin, qətiyətinin, yenilməzliyinin şahidi oldu. Xalqımız tarixdə görünməmiş dərəcədə həmrəy oldu. Bu amillər ərazi bütovlüyümüzün bərpa olunması və işğalçı Ermənistan üzərində tarixi Qələbənin əldə olunması ilə nəticələndi. Azərbaycan cəmiyyəti haqlı olaraq bu Qələbənin qazanılmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin tarixi rolunu və şanlı Azərbaycan Ordusunun rəşadətini yüksək qiymətləndirir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərirlər. Bu qayğının davamı olaraq 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində Tovuz rayonu ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin, qazilərin və müharibə iştirakçılarının ailələri, aztəminatlı ailələr ziyarət olunub, cəmi 1000-dən çox ailəyə ərzaq sovqatları paylanılıb.
Rayonun bütün yaşayış məntəqələrini əhətə edən ziyərətlərdə RİH başçısı aparatının məsul işçiləri şəhid ailələrinə, qazilərə və əsgər ailələrinə ölkə rəhbərinin təbriklərini və xoş arzularını çatdırıblar. Onların sosial təminatı sahəsində həyata keçirilən dövlət siyasətindən, qazilərimizin sağlamlığının tam bərpa olunması sahəsində aparılan tədbirlərdən danışıblar.
Ziyarət olunan ailələr onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.