Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri daim diqqətdədir.

30 dekabr 2020 | 00:32

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, yaralı əsgərlərimizin hər cür diqqət və qayğı ilə əhatə olunmaları təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər bütün cəmiyyətimiz, o cümlədən şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.

Dövlətlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın göstərişlərinə uyğun olaraq Tovuz rayonunda şəhid ailələrinə diqqət və qayğı müntəzəm xarakter daşıyır. Növbəti belə tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Aşağı Öysüzlü kəndində şəhid Zeynallı Fikrət Akif oğlunun ailəsində olmuş, onların qayğıları ilə maraqlanmış və şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoymuşdur.


 

Keçidlər