Şriftin ölçüsü :

Saytın rəngi :

Qovlar şəhərində abadlıq işləri davam etdirilir

26 dekabr 2020 | 00:30


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhər statusu verilmiş Tovuz rayonunun Qovlar şəhərində tikinti-quruculuq və abadlıq işləri davam etdirilir.  Son illərdə Qovlar şəhərində bir sıra infrastruktur layihələri həyata keçirilmiş, yeni sosial obyektlər tikilib istifadəyə verilmiş, küçə və prospektlər abadlaşdırılmış, müasir işıqlandırma sistemləri quraşdırılmış, yaşıllaşdırma işləri aparılmışdır.
Bu işləri davamı olaraq bu günlərdə Qovlar şəhərinin əsas küçələrindən biri olan Sevil Qazıyeva küçəsinə asfalt örtük qoyulmasına başlanmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov S.Qazıyeva küçəsinə baş çəkmiş və görülən işlərlə yerində tanış olmuşdur.
S.Qazıyeva küçəsində aparılan abadlıq işlərindən məmnun olan sakinlər qlobal pandemiya dövrü  olmasına baxmayaraq şəhər sakinlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər