Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı qeyd olundu

23 iyun 2015 | 15:00

Bu gün dövlət qulluqçularının peşə bayramıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunmuş bu peşə bayramı münasibətilə Tovuzda tədbir keçirilmişdir.
Rayonda çalışan dövlət qulluqçuları tədbirdən əvvəl Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycanın müstəqil bir dövlət kimi təşəkkül tapmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu və ümumilikdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan bəhs edərək bildirib ki, respublikamız artıq dünyanın inkişaf etmiş dövlətləri sırasında öz layiqli yerini tutub.
Sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət edib, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olub, Ümummilli Liderə həsr olunan sənədli filmə baxıblar.

Keçidlər