Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda koronavirus infeksiyası əleyhinə reydlər davam edir

18 dekabr 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Tovuz Rayon  İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində  və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə reydlər davam etdirilir.

Reydlər zamanı sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri  baradə müvafiq məlumatlar verilir.

 

Keçidlər