Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda Vətən müharibəsindən qayıdan qazilərin ziyarəti davam etdirilir

15 dekabr 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti dəfə Vətən Müharibəsindən qayıdan qaziləri ziyarət edib. Rayon rəhbəri Tovuz şəhərində, Alakol, Aşağı Quşçu, Qaraxanlı, Düz Qırıqlı, Yuxarı Öysüzlü kəndlərində cəbhədə yaralanmış və xəstəxanalarda müalicə olunaraq evlərinə qayıtmış hərbi qulluqçulara baş çəkib.

Əsgər ailələri ilə görüşlərində M.Məmmədov hərbiçilərə onların şanlı Azərbaycan Ordusunun yazdığı Zəfər tarixinin qəhrəman iştirakçıları olduqlarını bildirmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan hərbiçilərinin şücaətini və döyüş qabiliyyətini çox yüksək qiymətləndirdiyini, torpaqlarımızın məhz əsgər və zabitlərimizin rəşadəti sayəsində işğaldan azad olunduğunu dəfələrlə qeyd etdiyini diqqətə çatdırmışdır. 

Reablitasiya dövründə evlərinə dönmüş hərbi qulluqçular onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər