Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

13 dekabr 2020 | 05:47

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün  rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və gənclər Tovuz şəhərinin mərkəzi meydanında və Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Ulu Öndərin əziz xatirəsini yad edən tədbir iştirakçıları müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını göstəriblər.

Keçidlər