Tovuz rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Tovuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qruplar tərəfindən rayon ərazisində növbəti dəfə reydlər keçirilmişdir.
Reydlərdə vətəndaşlara tibbi maskalar paylanılmış, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.
Reydlər zamanı vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndiriblər.