Tovuzda karantin qaydalarını pozan koronavirus xəstəsi barəsində cinayət işi başlanıb
30 noyabr 2020 | 16:00
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq karantin qaydalarını kobud şəkildə pozaraq Qazax rayonuna getdiyini aşkarlayıblar.
Müəyyənləşdirilmiş tibbi prosedurlar gözlənilməklə S.Gülməmmədov yaşadığı evə göndərilib. Onun barəsində Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb. Hazırda faktla bağlı təhqiqat aparılır.