Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kənd təsərrüfatı işlərinin gedişi videomüşavirə formatında müzakirə edilib

27 noyabr 2020 | 05:35

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun sədrliyi ilə vidomüşavirə formatında keçirilən Şura iclasında Dövlət Aqrar İnkişaf Mərkəzinin, Suvarma sistemləri idarəsinin, Subartezian quyularının istismarı idarəsinin, Ceyrançöl qış otlaqlarının su təminatı sistemləri istismarı idarəsinin, Statistika idarəsinin rəhbərləri və RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etmişlər. 

Şura iclasında Tovuz rayonunda payızlıq əkinlərin gedişi, həyata keçirilən aqratexniki tədbirlər, fermerlərin elektron qeydiyyatının aparılması və statistik hesabatların hazırlanıb verilməsi vəziyyəti müzakirə olunmuşdur.

Müzakirə edilən məsələ barədə RİH başçısının müavini-Sosial-iqtisadi ikişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov məlumat vermişdir.

Müzakirələr zamanı rayon ərazisində payızlıq əkinlərin aparılması vəziyyəti, əkinlərin suvarma suyu ilə təminatı, fermerlərin elektron qeydiyyatının aparılması ilə əlaqədar görülən işlər, statistik hesabatların təqdim olunması vəziyyəti ətraflı təhlil olunmuş, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində təkliflər dinlənilmiş, bundan sonra görüləcək işlər müəyyənləşdirilmiş və icrası sahəsində müvafiq qərar qəbul edilmişdir.

Şura iclasının qərarı ilə rayon ərazisində aparılan kənd təsərrüfatı işlərinin təşkili, əkinlərin suvarma suyu ilə təminatı, aqrotexniki tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə aparılan işlərin əlaqələndirilməsi məqsədilə qərargah yaradılmışdır.

Videomuşavirə formatında keçirilən Şura iclasını rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yekunlaşdıraraq rayon ərazisində kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr barədə aidiyatı üzrə tapşırıqlar vermişdir.

Keçidlər