Vətən müharibəsində yaralanmış Tovuzlu əsgər, zabit və hərbi qulluqçular ziyarət olunmuşdur
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının bir qrup məsul işçisi Vətən müharibəsində döyüş meydanında yaralanıb evdə müalicəsi davam edən və məzuniyyətdə olan hər bir Tovuzlu əsgər, zabit və hərbi qulluqçuları ziyarət etmişlər. Görüşlər zamanı qeyd olunmuşdur ki, Müzəffər Ali Baş Komandanın sərkərdərliyi ilə qazanılmış Qələbənin sevincini bütün xalqımız kimi tovuzlular da böyük fərəh hissi ilə yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 noyabrda Ağdamda səfərdə olarkən bir daha demişdir ki, bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir... Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq.
Xalqımızın qalib sərkərdəsi və dövlətimizin başçısının şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri haqqında səsləndirdiyi belə qiymətli fikirlər hər birimizi qürurlandırır və bundan sonra da bu qiymətə layiq yaşayıb fəaliyyət göstərməyə ruhlandırır.
İkinci Qarabağ müharibəsində yaralanmış ziyarət olunan Tovuzlu əsgər, zabit və hərbi qulluqçular onlara göstərilən diqqət və qayğıya görə cənab Ali Baş Komandana, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.