Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərlərinin “Qardaşlaşma” protokolunun imzalanması ilə əlaqədar Tovuz rayonunun nümayəndə heyyəti Konyak şəhərinə səfər etmişlər

10 aprel 2015 | 15:00

10 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikası Tovuz rayonunun nümayəndə heyyəti Fransanın Konyak şəhərinə səfər etmişdir. Nümayəndə heyyətinin tərkibinə Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov, Tovuz Telekommunikasiya Qovşağının rəisi Yaşar İbrahimov və “Tovuz-Baltiya” LTD şirkətinin direktoru Naiq Məmmədhəsənov daxil edilmişdir.
Nümayəndə heyyəti ilk tanışlığını şəhərin “Konyak” muzeyindən başlayıb. Muzeydə konyak və şərab içkilərinin yarandığı vaxtdan, ilkin emalından başlayaraq hazırlanması texnologiyası, konyak və şərabların qablaşdırılması, ixrac olunması haqqında geniş məlumat verilib. Konyak muzeyindən sonra səfər şəhərin tarix və incəsənət muzeyi ilə tanışlıqla davam etdirilib. Burada Konyak şəhərinin tarixi, incəsənət xadimlərinin əsərləri və rəsm əsərləri ilə tanışlıq olub.
Sonra şəhər meriyasında protokolların imzalanması mərasimi keçirilib. Mərasimdə şəhər Meri cənab Mişel Qurinças çıxış edərək. İlk növbədə Tovuz rayonunun rəhbərliyini, nümayəndə heyyətini və mərasimə dəvət olunan qonaqları salamlamaqla bərabər keçən il Azərbaycn Respublikasına, Tovuz rayonuna səfəri ilə bağlı geniş nitq söyləyib. Azərbaycan xalqı və Tovuz rayonu haqqında çox dəyərli fikirlərini ifadə etməklə bərabər bu qardaşlaşmanın iki dövlət və millət arasında çox mühüm əhəmiyyət kəsb etdiyini, şəhərlər arasında bağlanmış “Qardaşlaşma” müqaviləsindən məmnun olduğunu auditoriyaya çatdırdı.
Daha sonra mərasimdə Tovuz rayonu İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov çıxış edərək səmimi qarşılandıqları üçün Konyak şəhərinin merinə minnətdarlığını bildirdi və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin bu iki dövlət arasında çox böyük iş apardığını hamının diqqətinə çatdırdı. Gələcəkdə Konyak şəhəri ilə Tovuz rayonu arasında qardaşlaşma və dostluğun daha da möhkəm olması üçün qarşılıqlı əlaqələri möhkəmləndirməyə, bütün sahələrdə inkişafa nail olmağa, daha sıx, mehriban münasibət qurmağa çalışdıqlarını söylədi.
Çıxışlardan sonra Konyak şəhərinin meri cənab Mişel Qurinçasla Tovuz rayonu İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov “Qardaşlaşma” protokoluna imza atdılar.
Protokol imzalandıqdan sonra cənab Mişel Qurincas öz hədiyyələrini cənab Tofiq Zeynalova, cənab Tofiq Zeynalov isə öz növbəsində hədiyyələrini Konyak şəhərinin meri cənab Mişel Qurinçasa, merin müavininə, Fransa hökumətinin Konyak şəhərində nümayəndəsi cənab Olivie Merelə, Konyak şəhərində “Qardaşlaşma” məsələləri üzrə komitənin sədri xanım Monik Aramiyə, şəhər meriyasımn beynəlxalq məsələlər üzrə Bələdiyyə Şurasının üzvü xanım Anmarı Mişenoda təqdim etdi.
Görüşlər Konyak içkilərinin “Beynəlxalq Aləmdə Müdafiə Mərkəzi”ndə, mərkəzin rəhbərliyi və Tovuz rayonunun nümayəndə heyyəti ilə birlikdə keçirilən dəyirmi masa ilə davam etdirildi. Mərkəzin rəhbərliyi Konyak istehsalı, ixracı və onun adının, müəllif hüquqlarının dünyada qorunması haqqında geniş məlumat verdi. Nümayəndə heyyətinin suallarını cavablandırdı. Sonda hər iki tərəf hədiyyələrini bir-birinə təqdim etdilər.
Günün sonunda Konyak şəhərində ən qədim və böyük Konyak zavodlarından biri olan “Remy Martini” zavodunun tarix muzeyi ilə tanışlıq başladı. Orada muzeyin rəhbərliyi Konyak zavodunun yaranmasından, rəhbərliyinin nəsildən nəsilə keçməklə inkişaf etdirilməsindən və bu günkü gündə istehsal etdiyi Konyak içkisinin keyfiyyətindən və alıcılıq qabiliyyətindən danışdı.
Ertəsi gün işgüzar səfər şəhərin “Hospital və Təcili Yardım” stansiyasında görüşlə işə başladı. Orada əhaliyə göstərilən tibbi yardım və tibbi xidmətlə bağlı görülən işlərdən danışıldı. Bir neçə şöbələrdə aparılan tibb işləri ilə tanış olduqdan sonra səhiyyə sahəsində əməkdaşlığın mövcüdluğundan söhbət edildi. Konyak şəhər hospitalı ilə Tovuz rayon Mərkəzi Xəstəxanası arasında tibbi əməkdaşlığın yaradılması haqqında söhbət aparıldı və bu məsələyə dair müsbət fikir söylənildi. Gələcəkdə bu məsələnin qurulması üçün Azərbaycan səfirliyi ilə Hospital arasında danışıqların davam etdirilməsi nəzərdə tutuldu. İlkin olaraq bir nəfər mütəxəssisin Tovuz rayon Mərkəzi Xəstəxanasına ezam edilməsi məqsədəuyğun hesab olundu.
Konyak şəhərinin iş adamları ilə “Tovuz-Baltiya” LTD şirkəti arasında qarşılıqlı münasibətlərin qurulması və işgüzar əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparıldı.
Nümayəndə heyyəti Konyak şəhərinin “İçəri şəhər” deyilən qədim bir hissəsini və şəhərin tarixi görməli yerlərini gəzdikdən sonra şəhər meriyasının nümayəndə heyyətinə ziyafət verdi və bununlada səfər başa çatdı.
Ziyafətdən sonra şəhər meriyasının mədəniyyət və istirahət parkında Məshəti Gəncəvinin heykəlinin qoyulacağı əraziyə baxış keçirildi. Həmin ərazi tarixi bir yerdir və cari ilin sonunadaək orada heykəlin qoyulması nəzərdə tutulmuşdur. Bu sahədə və bütövlükdə Azərbaycan və Fransa ölkələri arasında qarşılıqlı əlaqələrin qurulmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın gərgin əməyi xüsusi qeyd edildi.
Qeyd etmək lazımdır ki, bütövlükdə şəhər əhalisinin bu qardaşlaşmaya münasibəti xoşagələndir və qardaşlaşmanın daha yaxın münasibətlərlə davam etdirilməsi arzusundadırlar. Şəhər meriyasının rəsmiləri və əhali belə təşəbbüslə çıxış edirlər ki, münasibətlərin təkcə rəsmilər arasında yox, əhali arasında da qurulması və inkişaf etdirilməsi məqsədə uyğundur.
Bu ilin oktyabr ayında Konyak şəhərinin nümayəndə heyyətinin Tovuz rayonuna səfəri planlaşdırılır və səfər zamanı Tovuz şəhərində ailələrdə olmaq, sadə insanlarla  ünsiyyət qurmaq fikirindədirlər.

Keçidlər