Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr – Milli Dirçəliş Günü

17 noyabr 2020 | 16:00

1988-ci il noyabrın 17-də Bakının Azadlıq (keçmiş Lenin) meydanında Qarabağ məsələsi ətrafında SSRİ rəhbərliyinin nümayiş etdirdiyi anti-Azərbaycan siyasətinə və Ermənistanın Azərbaycana açıq təcavüzünə qarşı uzunmüddətli etiraz mitinqi başlayıb. Xalq etirazı həmin il noyabrın 22-də Bakıya sovet qoşunlarının çoxsaylı kontingentinin daxil olması, elan edilən komendat saatına baxmayaraq dayanmayıb, yalnız dekabrın 5-nə keçən gecə qoşunların və zirehli texnikanın tətbiqi ilə ümumxalq mitinqi qəddarlıqla dağıdılıb.

Azərbaycanda xalq hərəkatının başlanğıc olan və müstəqillik yolunda mühüm əhəmiyyətə malik bu tarixi hadisə Milli Dirçəliş Günü kimi tarixə düşüb.

Keçidlər