Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şanlı Qələbəmiz, zəfərimizlə bağlı yürüş keçirilmişdir

10 noyabr 2020 | 08:10

Tovuz gəncləri Şuşa şəhərinin işğaldan azad olunmasını böyük coşqu ilə qarşılamışlar. Rayonun müxtəlif yerlərindən başlayan yürüş Bayraq Meydanında başa çatmışdır. Yürüş iştirakçıları Azərbaycanın və qardaş Türkiyə Respublikasının bayraqları ilə bəzədilmiş avtomil karvanları ilə hərəkət edərək “Azərbaycan”, “Yaşasın Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan ordusu!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağ Azərbaycandır!” “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndiriblər.

Rayon sakinləri küçə və meydanlarda düzülərək yürüş iştirakçılarını sürəkli alqışlarla müşayət etmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və şanlı Azərbaycan Ordusu ilə qürür duyduqlarını, fəxr etdiklərini səsləndirmişlər.

Yürüşdə iştirak edən yüzlərlə gənc Ali Baş Komandanın bir çağırışı ilə hər an Vətənin müdafiəsinə qoşulmaq əzmi nümayiş etdirmişlər.

 

 

 

Keçidlər