Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərinin abadlaşdırılması davam etdirilir

03 noyabr 2020 | 16:00

Cənab Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad edərək böyük qələbələr qazanması arxa cəbhə ilə ön cəbhənin birliyini daha da möhkəmlədir. Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsindən ruhlanan tovuzlular daha böyük ruh yüksəkliyi ilə quruculuq və abadlıq işləri həyata keçirirlər.

Vətən müharibəsinin getdiyi dövrdə Tovuz şəhərinin bir çox küçələrinin yenidən qurulması sakinlərə böyük ruh yüksəkliyi bəxş edir. 

Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Tovuz şəhərinin Mərdan Musayev küçəsində olaraq işlərin gedişi ilə maraqlanaraq sakinlərlə görüşmüşdür. Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafı cənab Prezidentin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Göstərilən dövlət qayğısının parlaq təzahürü kimi sərhəd bölgəsində yerləşən Tovuz şəhərində də aparılan belə abadlıq və quruculuq işləridir. Həmin tədbirlər davamlıdır və rayonun yerli icra orqanları öz fəaliyyətlərində vətəndaşların rahatlığının təmin olunmasına, onların qayğı və problemlərinin həllinə başlıca diqqət yetirirlər. Sakinlər görülən işlərdən məmnun qaldıqlarını ifadə etmişlər.

 

Keçidlər