“Hər birimizin sağlamlığı Vətən müharibəsində qələbəmizin rəhnidir”, çağırışı bu gün tovuzluların əsas devizinə çevirilməlidir
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi, qətiyyəti və siyasi iradəsi ilə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün bərpası uğurunda aparılan Vətən müharibəsində müzəffər Azərbaycan ordusu qələbələr qazanır. İşğaldan azad edilən hər şəhərimizdə və yaşayış məntəqələrimizdə müqqədəs Azərbaycan bayrağının dalğalanması hər birimizə sonsuz qürür və böyük ruh yüksəkliyi bəxş edir. Xalqla dövlətin, millətlə ordunun sıx birliyi və cəmiyyətimizdəki həmrəylik qələbəmizi anban yaxınlaşdırır. Arxa cəbhə ilə ön cəbhənin vəhdəti, güclü və rəşadətli ordumuza sonsuz inam böyük qələbənin təminatçısıdır. Ölkəmizdə bütün işlər qələbənin qazanılmasına yönəlmişdir.
Yaşadığımız bu şərəfli günlərdə bütün bəşəriyyəti cənginə alan koronavirus (COVID-19) infeksiyasından heç kim sığortalanmayıb. Pandemiyanın ikinci dalğası ən qüdrətli dövlətləri belə diz çökdürür. Görülən qabaqlayıcı tədbirlərə və tibbi profilaktikaya baxmayaraq təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanın şəhər və rayonlarında da bu virusa yoluxma halları artmaqda davam edir. Cənab Prezident İlham Əliyevin, hörmətli Birinici-vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının sağlamlığının qorunması istiqamətində apardıqları məqsədyönlü və ardıcıl tədbirlər millətin genefondunu qoruyub saxlamağa xidmət edir. Bununla yanaşı olaraq ayrı-ayrı vətəndaşların biganəliyi və məsuliyyətsizliyi nəticəsində infeksiyanın yayılması təhlükəsi yaranır.
Cəmiyyətimizin Vətən uğrunda yumruq kimi birləşdiyi bir dövrdə pandemiyaya qarşı da hər birimiz fəal olmalı, öz şəxsi nümunəmizlə cəmiyyətin sağlamlığına töhfəmizi verməliyik. Hər birimiz dərk etməliyik ki, arxa cəbhənin sağlamlığı, hər bir vətəndaşın salamatlığının qorunması ön cəbhədə əskərlərimizə dayaqdır. Bu yanaşmanı nəzərə alaraq rayonda epidemiyaya qarşı dezinfeksiya və tibbi profilaktika işləri səmərəli şəkildə davam etdirilir.
15 min nəfərdən artıq əhalinin yaşadığı Qovlar şəhərində əhalinin gediş-gəlişinin intensiv olduğu ərazilərdə, park və digər ictimai yerlərdə növbəti dezinfeksiya tədbiri həyata keçirilib. Eyni zamanda əhali arasında sosial məsafənin gözlənilməsi, tibbi maskalardan istifadə edilməsi, şəxsi gigiyena qaydalarına əməl edilməsi barədə gündəlik maarifləndirmə və təbliğat işləri də genişləndirilir.
“Hər birimizin sağlamlığı Vətən müharibəsində qələbəmizin rəhnidir”, çağırışı bu gün tovuzluların əsas devizinə çevirilməlidir.