Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - “Zəfər Günü” münasibəti “Şücayətinə vurğunam ana yurdum” mövzusunda tədbir keçirilib

07 noyabr 2024 | 16:28

Tovuz Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə  Tovuz şəhər Nizami adına Mədəniyyət evində 8 noyabr -“Zəfər Günü” münasibəti ilə “Şücayətinə vurğunam ana yurdum” mövzusunda tədbir keçirilmişdir.

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirin bədi hissəsində Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnəklərdə təhsil alan şagirdlərin iştirakına geniş yer verilmişdir. Onların simasında tədbir konsert proqramı davam etdirilmişdir.

Yüksək əhval ruhiyyə ilə keçən konsert proqramı tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbir iştirakçıları Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri olan şagirdlərin əl işlərindən ibarət  “Zəfər”  adlı rəsm sərgisinə baxış keçirilmişlər.

 

 

 

 

Keçidlər