Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Noyabr - Zəfər Günü" münasibəti ilə "TIR" atıcılığı üzrə rayon birinciliyi keçirilib

07 noyabr 2023 | 16:28

Tovuz Regional ASAN Xidmət Mərkəzinin “ASAN Hərbi Vətənpərvərlik” Mərkəzində “8 Noyabr-Zəfər Günü" münasibəti ilə "TIR" atıcılığı üzrə rayon birinciliyi keçirilmişdir.

Əvvəlcə yarışın qaydaları və təhlükəsizlik tədbirləri barədə iştirakçılara məlumat verilmişdir. Birincilikdə rayonda fəaliyyət göstərən idarə və müəssisələri təmsil edən14 komandadan 28 nümayəndə iştirak etmişdir.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 1-ci yerə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun komandası, 2-ci yerə Tovuz Regional ASAN Xidmət Mərkəzinin komandası, 3-cü yerə isə Tovuz Gömrük İdarəsinin komandası layiq görülmüşdür.

Qalib komandalar kubok, medal və diplomlarla təltif olunmuşlar.

 

Keçidlər