Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Tovuz rayon qadınlarını təbrik edirik

07 mart 2023 | 16:55

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, xöşbəxtlik və ailə səadəti arzulayırıq.

Azərbaycan qadınları həyatımızın bütün sahələrində fəal iştirak edirlər. Fərəhli haldır ki, tovuzlu qadınlar da bu sıradadır. Qadınlarımız həmişə rayonumuzun sosial-iqtisadi inkişafına, milli mənəvi dəyərlərimizin qorunmasına əvvəzsiz töhfələr vermişlər və bu gün də ictimai həyatımızda önəmli rol oynayırlar.

Biz qadınlar bayramını Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu bir tarixi şəraitdə qeyd edirik. Böyük Qələbənin əldə olunmasında Azərbaycan qadınının boya-başa çatdırdığı əsgər və zabitlərin Qəhrəmanlığını və şücayətini xalqımız əbədi yaşadacaqdır.

Şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin anaları qarşısında baş əyir və onlara ən xoş arzularımızı çatdırırıq.

Bundan sonra da qadınlarımızın cəmiyyətimizin inkişafına ləyaqətlə xidmət edəcəklərinə tam əminik və bu yolda Sizlərə uğurlar arzulayırıq.

Bayramınız mübarək olsun!

 

 

Keçidlər