Şriftin ölçüsü :

Saytın rəngi :

“Washington Times”də Azərbaycan haqqında 16 məqalə

29 yanvar 2015 | 16:00

ABŞ-ın “Washington Times” qəzetinin 29 yanvar sayında Azərbaycandan bəhs edən toplu məqalələr dərc olunub.

Azərbaycan barədə bu xüsusi buraxılışda həmçinin “Washington Times” qəzeti vasitəsilə ABŞ ictimaiyyətinə Azərbaycanın I Avropa Oyunları kimi tarixi hadisəyə ev sahibliyi edəcəyi barədə məlumat verilir, qarşıdan gələn bu Oyunların uğurla keçməsi üçün görülən fəaliyyətlərə istinad edilir və nəzərdə tutulan yarışlardan qısaca söz açılır.     

Bundan əlavə, buraxılışda ölkəmizin turizm potensialı, o cümlədən Şahdağ Turizm kompleksi, Tovuz şəhəri və habelə yəhudi icmasının məskunlaşdığı Quba rayonunun “Qırmızı Kənd” qəsəbəsi haqqında maraqlı yazılar yer alır və turistləri Azərbaycana səfər etməyə sövq edəcək 10 mümkün səbəb sadalanır.

http://www.washingtontimes.com/news/2015/jan/28/azerbaijan-tovuz-the-land-of-antiquity-and-natural/#ixzz3QHvasxog

Keçidlər