Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir

20 yanvar 2015 | 16:00

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Tovuz rayonundakı Şəhidlər Xiyabanında, Qovlar şəhərində, Əlimərdanlı kəndində anım mərasimi keçirilmişdir. Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanları, rayonun idarə, müəsissə və təşkilatlarının əmək kollektivlərinin iştirak etdiyi anım tədbirində şəhidlər xiyabanı ziyarət olunmuş, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra Hakimiyyətinin başçısı adından əklil qoymuş, şəhidlərin məzarı üzərinə qərənfillər düzülmüşdür. Rayon İcra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov şəhid ailələri ilə görüşmüş və onlara dərin hüznlə baş sağlığı vermişdir.

Keçidlər