Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz sakinlərinə tibbi maska paylanılıb

14 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Tovuz rayonunda da davam etdirilir.

Rayon  İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qrupların üzvləri mütəmadi olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri aparırlar.

Bu gün Tovuz şəhəri ərazisində həyata keçirilən maarifləndirmə aksiyası zamanı əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara 1000-dən çox pulsuz tibbi maskalar paylanılmış, sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılmışdır.

Aksiyanı razılıqla qarşılayan sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər