Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 2014-cü ilin birinci yarımilliyinin yekunlarına hərs olunmuş geniş Şura iclası keçirilmişdir

16 iyul 2014 | 15:00

Tovuz Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclasında cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi.
Hesabat məruzəsində cari ilin birinci yarısının bütövlükdə rayon üçün uğurlu olduğu diqqətə çatdırıldı. Bildirildi ki, hesabat dövründə rayonun sosial iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər qətiyyətlə davam etdirilib.
Kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ilin birinci yarısı ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 4,4 faiz, yun istehsalı 2,2 faiz artmış, iribuynuzlu mal-qaranın sayı 499 baş artaraq 45801-ə, ana heyvanların sayı 35 baş artaraq 17806-ya, qoyun və keçilərin sayı 1648 baş artaraq 237 minə çatdırılıb.Rayonun torpaq mülkiyyətçiləri indiyədək 9514 hektar taxıl zəmisindən 29809 ton məhsul əldə ediblər. Buğda əkilmiş sahələrin hər hektarından 31,5 sentner məhsul götürülüb.
Hesabat dövründə rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinə toxunularaq bildirildi ki, Tovuz şəhərinin Heydər Əliyev prospektində abadlıq işləri davam etdirilib, Nizami, F.Ələkbərov, Xətai və M.Musayev küçələrinə 14500 kvadratmetrə yaxın asfalt-beton örtük qoyulub. Hazırda Qovlar şəhərinin Şəhriyar küçəsindəki parkda yenidənqurma işləri aparılır. Bu müddətdə 180 şagird yerlik Papaqçılar, 220 şagird yerlik Şamlıq , 180 şagird yerlik Çeşməli, hər biri 80 şagird yerlik Qalaboyun, Qaradaş və Muncuqlu kənd tam orta məktəblərinin tikintisi damam etdirilir və onların hamısının yeni dərs ilinin başlanğıcınadək istifadəyə verilməsi nəzərdə tutulub. Tovuz şəhərində Nizami adına mədəniyyət evinin və Aşıq Hüseyn Bozalqanlı adına “Ozan” Aşıq Sənəti Dövlət Muzeyinin, Qovlar şəhərində Rabitə evinin və Gənclər evinin tikintisi davam edir. Bu il hər biri 100 yerlik 3 körpələr evi-uşaq bağçasının tikilib istifadəyə verilməsi planlaşdırılıb.
Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə mərkəzi orqanlardan və vətəndaşlardan rayon icra hakimiyyəti başçısı aparatına 529 ədəd vətəndaş müraciəti daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 96 ədəd azdır. Müraciətlərdə qaldırılan məsələlər əsasən torpaq, mənzil-məişət problemləri, maddi yardım, əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı, sahibkarlıq və s. ilə əlaqədardır.

Keçidlər