Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə layihə həyata keçirilir

21 sentyabr 2020 | 16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Sağlam Həyat Naminə” İctimai Birliyinin birgə əməkdaşlığı, BP Şirkətinin maliyyə dəstəyi ilə 2020-ci il ərzində Tovuz rayonunda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək məqsədi ilə İcmada Ailəyə Dəstək Klubunun yaradılması” adlı layihə həyata keçirilir.

Layihənin məqsədi kənd qadınları arasında mikro sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində bilik və bacarıqların gücləndirilməsi, məşğulluq imkanlarının artırılması və İcmada Ailəyə Dəstək Klubunun yaradılmasıdır.

Layihə çərçivəsində 2020-ci ilin mart ayında öz biznesinə başlamaq istəyən rayonunda qadınlara maliyyə savadlılığı, biznes bacarıqları ilə bağlı təlimlər keçirilmişdir. 

Həmin layihənin icrası çərçivəsində Tovuz rayonunda 22 qadın biznes planına uyğun olaraq  avadanlıqlarla təmin olunmuşdur.

Əvvəzsiz olaraq qeyri pul şəklində maddi dəstək görən və lazımi avadanlıqlar alaraq ailə biznesini quran qadınlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva səmimi minnətdarlıqlarını bildirmişlər.

Keçidlər