Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda körpələr evi-uşaq bağçalarının fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri görülür

12 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.

Bununla əlaqədar Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. İşçi heyət hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Məktəbəqədər təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, körpələr evi-uşaq bağçalarına buraxılış rejiminin sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkil olunması, təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində qrupların yarımqruplara bölünməsi, yaş qrupları üzrə məşğələlərdə növbəlilik rejiminin tətbiqi, məşğələ otaqlarında sosial məsafənin gözlənilməsi, habelə təhsilverənlərin yaşına və sağlamlıq vəziyyətinə görə “COVID-19” xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq təlim və tədris prosesinə cəlb edilməsi məsələlərini təlimin və tədrisin təşkili zamanı nəzərə alnması və digər  məsələlər onlara çatdırılıb.

Hazırda rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində  dezinfeksiya işləri aparılır. Məktəbəqədər təhsil müəssisələrinin həyətləri, mətbəxləri, yataq, oyun, və digər otaqları təmizlənib.

Keçidlər