Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Şəhid Elşad Məmmədovun ailəsini ziyarət edib

08 sentyabr 2020 | 08:00

Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdikləri  sosial siyasətin tələblərinə uyğun olaraq Tovuz rayonunda da  şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu  lazımi  qayğı ilə əhatə olunur.

2020-ci ilin iyul ayında Ermənistan silahlı birləşmələrinin təxribatı nəticəsində Tovuz döyüşlərində həlak olanlardan biri də ordumuzun baş əsgəri Məmmədov Elşad Dönməz oğludur. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid E.Məmmədovun Ağdam kəndində yaşayan ailəsinə  baş çəkib onlarla səmimi söhbət aparmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin  tapşırığı əsasında Ağdam kəndində erməni hücumu nəticəsində dağılmış evlərin bərpasına başlanmışdır və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun əməkdaşları şəhid ailəsində olaraq onların ehtiyacları ilə maraqlanmışlar.

Şəhidin atası Dönməz Məmmədov Şəhidin  dəfninin ləyaqətli  təşkili ilə qəbirüstü abidəsinin hazırlanmasına görə minnətdarlığını bildirmiş, övladının xidməti borcunu yerinə yetirərəkən şərəflə şəhid olmasının onlar üçün  nə qədər üzücü olsa da övladları Elşad Məmmədovla fəxr etdiklərini bildiriblər. 

RİH başçısı M. Məmmədov şəhid ailəsini əmin etmişdir ki, Vətən torpağı  uğrunda döyüşlərdə həlak olan şəhidlərin qəhrəmanlığı yüksək qiymətləndirilir və onların  xatirəsi daim  uca tutulur. Şəhid ailələri dövlət tərəfindən hərtərəfli  qayğı ilə əhatə olunmuşdur və onların müraciətlərinin həlli yerli icra orqanlarının diqqət mərkəzindədir.

Keçidlər