Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər

18 iyun 2014 | 15:00

Tovuzda səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərindəki abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov tibb işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, ölkədə səhiyyənin inkişafına göstərilən dövlət qayğısından, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı istiqamətində görülən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, son illər Tovuzda istifadəyə verilən 80 çarpayılıq xəstəxana, Diaqnostika və Hemodializ Mərkəzi tibb işçilərinə göstərilən qayğının bariz nümunəsidir.
Sonra tibb işçiləri Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olmuş və Ümummilli Liderə həsr olunmuş filmə baxmışlar.

Keçidlər