Kənd Təsərrüfatı naziri İnam Kərimov Tovuz rayonunda olmuşdur
02 sentyabr 2020 | 16:00
Kənd Təsərrüfatı naziri İnam Kərimov Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində sahələrdə kartof yığımı prosesini müşahidə edib, fermer Kamal Ələsgərovun sahəsində kartofçuluqla məşğul olan fermerlərlə məhsuldarlığın daha da artırılması, təsərrüfatlarda müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi, məhsul satışı ilə bağlı fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində nazir rayonun Aşağı Quşçu kəndində fermer İsmayıl Hüseynovun üzüm bağı, Alakol kəndində 54 hektar sahədə salınmış intensiv bağla tanış olub, Tovuz Dənli Bitkilərin Toxum Emalı Zavodunda istehsal prosesinin gedişi ilə maraqlanıb.