Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərində yeni yol qovşağı tikilir

24 avqust 2020 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 5 mart 2020-ci il tarixdə “Tovuz rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncamın icrasına başlanmışdır. Tovuzlular üçün böyük əhəmiyyət kəsb edən bu mühüm dövlət sənədi çərçivəsində həyata keçirilən tədbirlər bütün sakinlərin sevincinə səbəb olmuşdur.

Cənab Prezidentin Sərəncamı ilə tikintisinə başlanan Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağında inşaat işləri davam etdirilir.

XX əsrin 80-ci illərində Tovuz şəhərində dəmir yolu xətti altından sovxozların mal-qarasının və qoyun sürülərinin keçmələri üçün keçid tikilmişdi. Sonradan həmin keçid avtomobillərin hərəkəti üçün uyğunlaşdırılmışdı və ora darısqal idi, eyni zamanda avtomobillərin hərəkəti üçün nəzərdə tutulmadığına görə daim qəza təhlükəsi və tıxaclar yaradırdı. Həmin dar keçiddən piyadalar istifadə edə bilmirdilər və Tovuz şəhərini ikiyə ayıran dəmir yolunu adlamaq üçün müasir piyada keçidi yox idi.  

Ölkə rəhbərliyinin xalqın rifahına və regionların inikişafına qayğısının növbəti təzahürü olan bu yeni infrastruktur layihəsi tovuzlular üçün ən böyük hədiyyədir. Həmin böyük infrastruktur layihəsi çərçivəsində tikiləcək tunelin ümumi uzunluğu 420 metr, iki avtomobilinin rahat keçəcəyi hərəkət hissəsinin eni 8 metr, tunelin qapalı hissəsinin uzunluğu 30 metr, tunelin qapalı hissəsinin eni 11 metr olacaqdır. Yol qovşağı layihəsinin icrası zamanı əlavə yan yollar da tikiləcəkdir. Yan yolların ümumi uzunluğu 270 metr olmaqla eni iki avtomobilin sərbəst hərəkətinə imkan yaradacaq, eyni zamanda piyadalar üçün səkilər də qoyulacaqdır.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yol qovşağının tikintisində olaraq işlərin gedişi ilə maraqlanaraq həmin mühüm infrastruktur obyektinin  vaxtında istifadəyə verilməsi üçün əlaqədar yerli strukturlara tapşırıqlar vermişdir.

 

Keçidlər