Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Ağdam kəndində qazlaşdırılmamış evlər qazlaşdırılır

21 avqust 2020 | 16:00

2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini düşmən tərəfindən iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı dövlət səviyyəsində operativ tədbirlər həyata keçirilmiş və cənab Prezidentin müvafiq Sərəncamları ilə yerlərdə lazımi dəyərləndirmə işləri aparılmış və lazımi vəsait ayrılmışdır.

Dövlətin həmişə vətəndaşının yanında olması, insanlara göstərilən diqqət və qayğı yerli sakinlər tərəfindən çox böyük razılıqla qarşılanmışdır.

Rayonun atəşə məruz qalmış yaşayış məntəqələrindən, o cümlədən bilavasitə təmas xəttində yerləşən sərhəd kəndlərində yaşayan əhalinin sosial ehtiyaclarının ödənilməsi istiqamətində tədbirlər davam etdirilir. Ayrı-ayrı xidmət sahələri üzrə sakinlərin ehtiyacları öyrənilir və onların həlli istiqamətində iş aparılır. Bu günlərdə “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları Ağdam kəndində qaz təsərrüfatının mövcud vəziyyətinin daha da yaxşılaşdırılmasına başlayıb.  Belə ki, Ağdam kəndində müharibə veteranlarının fərdi evlərinin qazlaşdırılması icra edilir. Müraciət olunan 7 fərdi yaşayış evinin qaz təchizatı həyata keçirilir. Bunun üçün uzunluğu 1500 metrə yaxın diametri 57 mm olan borularla əsas küçə xətləri çəkilib.

Rayonun sərhəd kəndlərində yaşayan əhalinin sosial həyat tərzinin daha da yaxşılaşdırılması məqsədilə görülən işlər davamlı xarakter daşıyır.

Keçidlər