Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Əlibəyli kəndinə içməli su xətti çəkilmişdir

13 iyun 2014 | 15:00

Tovuz rayonunun Ermənistan ilə sərhəddə yerləşən Əlibəyli kəndinə içməli su xəttinin çəkilişinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, “Azərsu” ASC-nin “Birləşmiş Su-Kanal” MMC-nin baş direktoru Etibar Məmmədov layihənin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, bu layihə Əlibəyli, Hacallı, Mülkülü kəndlərində yaşayan əhalini, ictimai binaları, sosial sahələri içməli su ilə təmin edəcəkdir.
Qeyd olunmuşdur ki, son illərdə Tovuz rayonunda genişmiqyaslı quruculuq işləri aparılmış, yollar çəkilmiş, onlarla məktəb tikilmiş, səhiyyə, mədəniyyət və idman müəssisələri istifadəyə verilmiş, parklar salınmış, tarix və mədəniyyət abidələri bərpa olunmuş, çoxlu sayda turizm obyektləri açılmış, kəndlər abadlaşdırılmışdır. Həmçinin mühüm sosial layihələr icra olunmuş, о cümlədən rayon üçün çox mühüm əhəmiyyət bəhs edən Tovuz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulmuşdur.
Vurğulanmışdır ki, son altı ildə Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonuna 5 dəfə səfər etmiş, bu obyektlərin əksəriyyətinin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, görülən işləri yüksək qiymətləndirmişdir.
Mərasimdə çıxış edən kənd sakinləri qayğı və problemlərinin həllinə göstərdiyi gündəlik diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqların bildirmişlər.

Keçidlər