Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda xüsusi karantin rejimi qaydalarına nəzarət daha da gücləndirilir

13 avqust 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Tovuzda müntəzəm olaraq davam etdirilir. Rayon  İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qrupların üzvləri mütəmadi olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri aparırlar.

Növbəti dəfə mobil qruplar tərəfindən rayonun bütün yaşayış ərazilərində fəaliyyət göstərən ticarət obyektlərində və ictimai iaşə müəssisələrində reydlər keçirilmişdir. Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, sosial məsafənin qorunması və qapalı məkanlarda, xüsusən ticarət və ictimai iaşə obyektlərində nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi dövrü üçün müəyyən etdiyi qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.

Keçidlər