Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun dağ kəndi olan Molla Ayrım kəndində modul tipli məktəb quraşdırılacaqdır

08 avqust 2020 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yaxşılaşdırılması və təhsilin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam edir.

Cənab Prezidentin 2020-ci il 8 avqust tarixli Sərəncamına əsasən rayonun dağ kəndi olan Molla Ayrım kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb quraşdırılacaq. Bununla da rayon ərazisində modul tipli məktəblərin sayı 14-ə çatdırılacaqdır.

Sakinlər ölkəmizdə sosial infrastrukturun yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən məmnundur və onlara göstərilən dövlət qayğısına görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.

Keçidlər