Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərində yeni ticarət mərkəzi istifadəyə verilmişdir

10 iyun 2014 | 15:00

Tovuz şəhərində “Turan” ticarət mərkəzi istifadəyə verilmişdir. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ticarət mərkəzinin sahibi Ülviyyə Abbasova ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyindən söz açmışlar.
Bildirilmişdir ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da sahibkarlıq inkişaf etdirilir və nəticədə yeni-yeni obyektlər istifadəyə verilir, əhalinin işlə təminatı yaxşılaşdırılır.
Diqqətə çatdırılmışdır ki, 5 hektar ərazidə inşa olunmuş “Turan” ticarət mərkəzində 450 mağaza və market, 500-dən artıq kənd təsərrüfatı məhsullarının satışı köşkləri fəaliyyət göstərəcəkdir. Müasir standartlara cavab verən ticarət mərkəzində 500 nəfər rayon sakini daimi işlə təmin olunacaqdır.
Çıxışlarda regionlarda sahibkarlığın inkişafına dövlət qayğısına, eləcə də Tovuz rayonunda belə müasir ticarət mərkəzinin istifadəyə verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olunmuşdur.
Mərasim yerli və Bakı şəhərindən dəvət olunmuş incəsənət ustalarının konserti ilə yekunlaşmışdır.

Keçidlər