Xüsusi karantin rejimi qaydalarına riayət olunması vəziyyəti ilə bağlı Tovuz RİH başçısı yanında fəaliyyət göstərən qərargahın iclası keçirilmişdir
Tovuz rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına riayət olunması vəziyyəti ilə bağlı RİH başçısı yanında fəaliyyət göstərən qərargahın iclası keçirilmişdir. RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri video bağlantı ilə iclasda iştirak etmişlər.
Videomüşavirədə Tovuz RİH başçısı Məmməd Məmmədov çıxış edərək Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən zəruri tədbirlərdən danışıb.
Qeyd olunmuşdur ki, hazırda ölkəmizdə yeni növ koronavirusun (COVİD-19) yayılması sürətinin azadılması ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olunur. Pandemiya dövrü üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qaydalar müəyyənləşdirilmişdir və bu qaydalar 31 avqust tarixinədək qüvvədə olacaqdır. Pandemiyaya qarşı mübarizə aparılmasının üsulları əsasən özünü sosial təcridetmə, qoruyucu vastələrdən istifadə olunması və gigyena qaydalarına əməl olunması şərtləridir. İnfeksiyanın geniş yayılmasının məhdudlaşdırılması ilə bağlı zəruri şərtlərdən biri də əhali arasında maarifləndirici və izahedici tədbirlərin həyata keçirilməsidir. Bu məqsədlə rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın yanında 54 mobil qruplar yaradılmışdır. Mobil qrupların tərkibinə ziyalılar, gənclər, könüllülər, hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb olunmuşdur. Ötən müddət ərzində bütün yaşayış məntəqələrində əhali qrupları ilə görüşlər keçirilmiş, lazımi maarifləndirmə işləri aparılmışdır.
Eyni zamanda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bilavasitə rəhbər işçilərin qatıldığı qruplar tərəfindən əhalinin kütləvi qaydada yığılması ehtimal olunun yerlərdə reydlər keçirilmiş, xüsusi karantin rejimi qaydalarını pozan vətəndaşlar, sahibkarlar cərimə olunmuş, bəzilərinə xəbərdarlıq edilmişdir. Bu tədbirlər ona hədəflənmişdir ki, insanlar qrup şəkilində bir yerə toplaşmasınlar, tənəffüs yollarının infeksiyadan qorunması üçün maskadan istifadə etsinlər və sosial məsafəni saxlasınlar.
Təəsüflə qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalarda kütləvi tədbirlərin, dəfn mərasimləri istisna olmaqla digər yas mərasimlərinin keçirilməsi qadağan olunmasına baxmayaraq hələ də yerlərdə bu kimi hallara rast gəlinir. Ona görə də ərazi icra nümayəndələri bir daha ərazidə fəaliyyət göstərən ictimai-iaşə müəssisələrinə və istirahət mərkəzlərinə baş çəkməli, sahibkarları müvafiq qaydalarla tanış etməli və xüsusi karantin rejimi qaydalarının pozulmasının məsuliyyətini onlara xatırlatmalıdırlar. Eyni zamanda yaşayış məntəqələrində vəfat edən şəxslərin varisləri ilə dəfn günü görüş keçirilməli və dəfn mərasimləri istisna olmaqla digər yas mərasimlərinin keçirilməsinin qadağan olunması fərdi qaydada onlara bildirilməlidir.
Videomüşavirədə qərargah üzvlərindən RİH başçısının birinci müavini Rəşad Zeynalov, polis şöbəsinin rəisi Şirzad Əsgərov, rayon prokuroru Elçin Qəhrəmanov çıxış edərək xüsusi karantin rejimi qaydalarının tətbiqi ilə bağlı görülən işlər barədə operativ məlumat vermişlər.
Müzakirələr zamanı RİH başçısının Qovlar şəhər, Əyyublu, Böyük Qışlaq, Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndələri yerlərdə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı görülmüş işlərdən danışmış, yerli icra nümayəndələrinin ünvanlarına tutulan iradlardan qısa zamanda nəticə çıxaracaqlarını bildirmişlər.
Videomüşavirəni RİH başçısı Məmməd Məmmədov yekunlaşdıraraq xüsusi karnatin rejimi dövründə səlahiyyətləri çərçivəsində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlı qərargah üzvlərinə, polis orqanlarına və ərazi icra nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələr vermişdir.