Şriftin ölçüsü :

Saytın rəngi :

28 may Respublika Günü münasibəti ilə Tovuz rayonunda bayram tədbiri keçirilmişdir

29 may 2014 | 15:00

Respublika Gününü təntənə ilə qeyd etmək üçün minlərlə tovuzlu şəhərdəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkına toplaşmışlar. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov mərasim iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə təbrik etmiş, demokratik Azərbaycan dövlətinin keçdiyi şərəfli yoldan danışmışdır. Digər çıxışlarda qeyd edilmişdir ki, Xalq Cümhuriyyətinin ilk qərarlarından olan milli ordunun yaradılması, Azərbaycanın ay-ulduzlu üçrəngli bayrağının və dövlət himninin qəbulu bu demokratik dövlətin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynamışdır. 1991-ci ildə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan özünün əsl varlığını məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hiss etmişdir. Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizdə sabitliyi bərqərar edən dahi şəxsiyyətin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi minnətdarlıq hissi ilə vurğulanmışdır. Rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı rəngarəng bayram konserti maraqla qarşılanmışdır. Tədbirdə iştirak edən şəhər uşaq bağçalarının kollektivləri vətənpərvərlik ruhunda səhnəciklər nümayış etdirmiş, mahnı və şerlər səsləndirmişlər.

Keçidlər