Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda düşmən hücumunun qarşısını alarkən şəhid olmuş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsi məqsədilə müvafiq tədbirlər görülür

21 iyul 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə müvafiq tədbirlərə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, həmçinin pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını  itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təyinatı istiqamətində işlər görülüb.

Eyni zamanda, şəhidlərin ailə üzvlərindən işsiz olan şəxslərin özünüməşğuluq proqramına cəlb edilmək üçün potensialları müəyyən edilib. Onların proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları məqsədilə müvafiq işlərə başlanılıb. Həmçinin həmin şəxslərdən bir qismi istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə və digər aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri üçün qeydiyyata götürülüblər.

Bu gün özünüməşğulluq proqramı çərçivəsində Tovuz rayonunun Ağdam kənd sakini, şəhid Elşad Məmmədovun atası Dönməz Məmmədova 3 baş sağmal inək və qüvvəli yem alınması üçün 300 manat  pul vəsaiti verilmişdir.

Keçidlər