Tovuz rayonu ərazisinə güclü tufanla müşahidə olunan leysan yağışları yağmışdır
21 may 2014-cü il tarixdə saat 20-dən başlayaraq Tovuz rayonu ərazisinə güclü tufanla müşahidə olunan leysan yağışları yağmışdır. Nəticədə Qovlar şəhərində və rayonun dağ kəndlərində, o cümlədən Ağbaşlar, Qəribli, Dəlləkli, İsakənd, Ağdərə, Öskən, Bala Şamlıq, Böyük Şamlıq, Əhmədabad, Avdal, Yanıqlı, Məşədilər, Köhnəqala, İbrahimhacılı, Çeşməli, Papaqçılar, Həsənli, Çataq, Böyük Qışlaq, Bayramlı və digər kəndlərdə vətəndaşların təsərrüfatlarına, yaşayış evlərinə, yollara, körpülərə, ictimai binalara, sahibkar obyektlərinə və digər sosial infrastruktura ciddi ziyan dəymişdir. Sel suları vətəndaşlara məxsus bir neçə iri və xırda buynuzlu mal-qaranı aparmışdır. Dağlardan gələn sel yolları qum çınqılla örtmüş, su keçidlərini doldurmuş və Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun İsakənd kəndi ərazisindən keçən hissəsində yolun bir hissəsini yuyub aparmışdır. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəymiş və 61 dağ kəndinə elektrik enerjisi verilişi dayanmışdır.
Təbii fəlakət nəticəsində rayonun yaşayış məntəqələrinə və sosial infrastruktura dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırıması ilə əlaqədar zəruri tədbirlərin görülməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov tərəfindən Sərəncam imzalanmışdır. Sərəncamda təbii fəlakətin vurduğu ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi məqsədi ilə komissiya yaradılmışdır.
Komissiyanın sədri: | |
Mahir Həsənov | RİH başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri |
Komissiyanın üzvləri: | |
Niftalı Qasımov | RİH başçısının müavini-aqrar məsələlər şöbəsinin müdiri |
Fərman Qurbanov | Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri |
Firdovsi Hümmətov | DT və XK Tovuz rayon şöbəsinin müdiri |
Vaqif İsmayılov | Polis şöbəsinin rəisi |
Eldar Əhmədov | Yanğından mühafizə dəstəsinin rəisi |
Cabir Rüstəmov | RİH başçısı aparatında baş mühandis |
Elman Məmmədov | 25 saylı Yol İstismar sahəsinin rəisi |
Zöhrab Paşayev | Elektrik şəbəkəsinin rəisi |
Nəsrəddin Aslanov | Suvarma sistemləri idarəsinin rəisi |
Yaşar İbrahimov | Telekommunikasiya qovşağının rəisi |
Sayad Yusifov | MRX-nin baş həkiminin müavini |
İsmayıl Qələndərov | Təhsil şöbəsində mühəndis |
Mais Mustafayev | Ərazi kənd təsərrüfatı idarəsinin baş aqronomu |
Eldar Cəfərov | Texniki nəzarət müfəttişi |
Komissiyaya tapşırılmışdır ki, müvafiq inzibati ərazi dairələrində yerli icra və bələdiyyə orqanlarını işə cəlb etməklə qısa müddət ərzində təbii fəlakət nəticəsində dəymiş zərəri müəyyənləşdirsin, aradan qaldırılması ilə əlaqədar bütün zəruri tədbirləri həyata keçirilsin və görülən işlər barədə mütəmadi olaraq RİH başçısını məlumatlandırsın.