Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün əhali arasında maarifləndirmə işi gücləndirilir

10 iyul 2020 | 06:11

Tovuzun bütün yaşayış məntəqələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün  əhali arasında maarifləndirmə işinin gücləndirilməsi üçün posterlər yerləşdirilir və əhaliyə paylanır. Təlimat materiallarında 2 metr məsafə saxlamaq, maska taxmaq, əl ilə görüşməmək, öskürəndə ağızı tutmaq, ictimai nəqliyyatdan mümkün qədər istifadə etməmək, ehtiyac olmadıqda evdən çıxmamaq və digər tövsiyyələr verilir.  

Fəaliyyət göstərn mobil qruplar və könüllülər tərəfindən Tovuz və Qovlar şəhərlərində, kəndlərdə posterlər və digər maarifləndirici materiallar yaşayış binalarının girişində və digər görünən yerlərdə. ticarət obyektlərinin giriş qapılarında, kassada və digər görünən yerlərdə, idarələrə, müəssisə və təşkilatlarda isə dəhlizlərdə, elan lövhələrində, mərtəbələr arası sahələrdə və digər görünən yerlərdə yerləşdirilmişdir.

Eyni zamanda xüsusi karantin rejimində rayonda yaradılmış Operativ Qərargah ərazidə nəzarət tədbirləri daha da gücləndirmiş, mobil qruplar tərəfindən polis orqanlarının nümayəndələri ilə birgə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

Əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadənin vacibliyi barədə geniş təbliğat-izahat işləri davam etdirilir.

Keçidlər