Tovuzda tütün plantasiyalarında bol məhsul yetişdirilir
2020-ci ildə rayonda 50 ha sahədə tütün əkilmişdir və hazırda tütün plantasiyalarında becərmə işləri davam etdirilir. Aqrar sahədə çalışanların əməyi nəticəsində tütün əkilmiş sahələrdə bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilmişdir və bol məhsul yığılması gözlənilir.
Tütün yarpağı dərimi yaxınlaşan bir dövrdə sahələrdə kətmənləmə əməliyyatı, dib yarpaqlarının vurulması, suvarma və digər lazımi aqrotexniki tədbirlər vaxtında və ardıcıllıqla həyata keçirilir.
Tovuzlu tütünçülər “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nda Tovuz rayonunda tütün qurutma məntəqəsinin yaradılmasını böyük razılıqla qarşılamışlar. İndi yaş tütün yarpağı bilavasitə yerlərdə təhvil götürüləcək və rayondaki tütün qurutma məntəqəsində yarımfabrikat şəklinə salınacaqdır.