Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda xüsusi karantin rejimi dövründə dezinfeksiya və tibbi profilaktika işləri davam etdirilir

07 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Tovuzda xüsusi karantin rejimi qaydalarına riayət olunması və pandemiyaya qarşı dezinfeksiya və tibbi profilaktika işləri ilə bağlı davamlı tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Koronavirusa (COVID-19) infeksiyasına qarşı mübarizə sahəsində Tovuz rayonunda səmərəli işlər həyata keçirilir. Cənab Prezident İlham Əliyevin, hörmətli Birinici-vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının sağlamlığının qorunması istiqamətində apardıqları məqsədyönlü və ardıcıl tədbirlərin davamı olaraq rayonda epidemiyaya qarşı dezinfeksiya və tibbi profilaktika işləri davam etdirilir.

Tovuz şəhəri və rayonun digər yaşayış məntəqələrində əhalinin gediş-gəlişinin intensiv olduğu ərazilərdə, park və digər ictimai yerlərdə növbəti dezinfeksiya tədbirləri həyata keçirilmişdir. Eyni zamanda əhali arasında aparılan sosial məsafənin gözlənilməsi, tibbi maskalardan istifadə edilməsi, şəxsi gigiyena qaydalarına əməl edilməsi barədə gündəlik maarifləndirmə və təbliğat işlərinə könüllülər, operativ mobil qruplar cəlb edilməklə təsirli tədbirlər görülür.

 

Keçidlər