Dövlət müşaviri Tovuz rayonunda olmuşdur.
20 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının millətlərarası, multikulturizm və dini məsələlər üzrə dövlət müşaviri cənab Kamal Abdullayev Tovuz rayonunda olmuşdur. Dövlət müşaviri və Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov Tovuz şəhərinin mərkəzindəki meydanda Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində ziyalılarla və ictimaiyyət nümayəndələri ilə görüş keçirilmişdir.Görüşdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab T.Zeynalov və Dövlət müşaviri K.Abdullayev Azərbaycanda əsrlər boyu formalaşan və bu gün dünyaya örnək olan tolerantlıq mühitinin, milli mənəvi dəyərlərin qorunub saxlanması, yad dini ideologiya və radikalizm meyillərinin qarşısının alınması məsələlərindən danışılmış, dövlət-din münasibətlərinin mövcud durumundan söhbət aparılmışdır.
Ziyalılar və ictimaiyyət nümayəndələri ilə görüş zamanı Azərbaycanın bu gün dünyaya neftlə, qazla yanaşı tolerantlıq da ixrac etdiyini vurğulayan dövlət müşaviri bu tolerantlığın millətimizə xas olan milli mənəvi dəyərlərin ən bariz nümunəsi olduğunu söyləmişdir. Görüşdə Kamal Abdullayev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızda Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqındakı sərəncamları dövlətçiliyimizin daha da inkişafı üçün güclü bir təkan olmuşdur. Bu sərəncamlardan irəli gələn vəzifələri nəzərə alsaq bizim görəcəyimiz işlər həddən artıq çoxdur. Azərbaycanda zəngin multikulturalizm ənənələri vardır. Onun mədəniyyəti, mənəviyyatı, həyat tərzi, ümumiyyətlə, Azərbaycan xalqı bütün dünyaya örnək olacaq qədər multikulturalizmin içərisindədir. Tolerantlıq artıq bizim həyat tərzimizə çevrilmişdir. Bu, bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir.
Bu gün bəzi bölgələrdə dinimizin təmizliyinə qarşı yad təsirlərin olduğunu, siyasi məqsədlər naminə bəzi hallarda gənclərin vəhhabilik, nurçuluq və digər cərəyanlara cəlb olunma cəhdləri diqqətə çatdırılaraq bunlara qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi qeyd olunmuşdur. Bu sahədə, xüsusilə hazırda 1700-dən çox məscidin olduğu Azərbaycanda dindarların da üzərinə böyük vəzifələr düşür. Bu sahədə biganəliyə, laqeydliyə yol verilməməsi, hamılıqla birləşərək dövlətçiliyimizin qorunması, ölkəmizin hərtərəfli inkişafı naminə var qüvvə ilə çalışmalıyıq.
Keçirilən görüşlərdə Azərbaycanda millətlərarası münasibətlər, etnik dillərin və mədəniyyətlərin, zəngin multikulturalist ənənələrin inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi sahəsində həyata keçirilən siyasətin prioritet istiqamətləri barədə də ətraflı fikir mübadiləsi aparılmışdır.
Dövlət müşaviri cənab K.Abdullayev Tovuz şəhər məscıdındə olunmuş,şəhidlər xiyabanını ziyarət etmiş və bizim eradan əvvəl VI minilliyə aid olan Göytəpə qədim yaşayış məskəni ilə tanış olmuşdur.