Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda xüsusi karantin rejimi qaydalarına riayət olunması ilə bağlı reyd keçirilmişdir

06 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Tovuzda xüsusi karantin rejimi qaydalarına riayət olunması ilə bağlı davamlı tədbirlər həyata keçirilir.

Tovuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın üzvləri mütəmadi olaraq İctimai iaşə, ticarət obyektləri, bərbərxana, gözəllik salonlarına reyidlər keçirir, yerlərdə yaradılmış mobil qruplar vətəndaşlarla maarifləndirmə işləri aparır, aşkarlanan ciddi qanun pozuntuları ilə bağlı polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda vətəndaşların tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət etmələri barədə göstərişlər verilir, izahedici və maarifləndirici söhbətlər aparılır.

Növbəti dəfə qərargah üzvləri Tovuz RİH başçısının birinci müavinin, rayon prokurorunun və polis şöbəsinin rəisinin iştirakı ilə Tovuz şəhəri ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə və ictimai iaşə müəssisələrində reyd keçirilmişdir.

Reyd zamanı xüsusi karantin rejimi qaydalarına uyğun olaraq bir sıra obyektlərdə işçi heyətinin və ticarət obyektlərinə alış-veriş üçün gələn şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədikləri, sosial məsafəni gözləmədikləri müşahidə edilmişdir. Ona görə də onlara ilkin mərhələdə xəbərdarlıq edilmiş və mövcud qaydalar barədə geniş izahat verilmişdir.

Bu günədək rayon ərazisində keçirilən reydlər zamanı aşkar olunmuş nöqsanlara görə 15 ictimai iaşə müəssəsi, 1 ticarət obyekti, 1 nəfər vətəndaş cərimə olunmuşdur.

Keçidlər