Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının onlayn konfrasn keçirilmişdir
Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 9348 nömrəli göstərişinə əsasən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda onlayn konfrans keçirilmişdir.
Konfransda Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanırverdi Aydınov, Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisinin müavini Zakir Hüseynov, Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini İsmayıl Əsədov, Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə, Dövlət Təhlükəsizliyi Xidmətinin şöbə rəisi Elnur İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə müdiri Rəşad Qasımov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Baxışov və bəzi rayon icra hakimiyyətlərində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı komissiya”ların sədrləri iştirak etmişlər.
Konfransı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov açmışdır.
Mövzu ətrafında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Ə.Vəliyev, Respublika Narkoloji Mərkəzinin direktoru O.Cəfərov, Dövlət Gömrük Komitəsinin idarə rəisinin müavini V. Abdullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri E. Səfərov və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı komissiya”ların sədrləri çıxış etmişlər.
Komissiyanın təsdiq olunmuş iş planına uyğun olaraq narkotik vasitələri, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin öyrənilməsi, həyata keçirilən tədbirlərin lazımi effekt verməsi, qarşıya çıxan problemlərin həll edilməsi, aiddiyatı təşkilatların imkanlarının əlaqələndirilməsi barədə müzakirələr aparılmışdır.