Tovuzda təbii fəlakətin nəticələrinin müəyyənləşdirilməsi və həyatı vacib xidmətlərin bərpası üçün işlər görülür
Tovuz rayonu ərazisində 20 iyun 2020-ci il tarixdə saat 19 radələrindən başalayaraq saat 23 radələrinədək əsən güclü külək nəticəsində rayonda 3 ümumtəhsil orta məktəbinin binasına, Tovuz şəhərində 3 ədəd çoxmənzilli yaşayış binalarına, Qovlar şəhərində, Əlibəyli, Hacıalılı, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Bozalqanlı, Abulbəyli, Aşağı Quşçu, Dondar Quşçu, Əyyublu, Düz Qırıqlı, Azaflı, Bayramlı, Əlimərdanlı, Düz Cırdaxan, Alakol, Ağdam kəndlərində və digər yaşayış məntəqələrində fərdi yaşayış evlərinə, yardımçı tikililərə, ictimai binalara, kənd təsərrüfatına ciddi ziyan dəymiş, irigövdəliağacların qırılması nəticəsində bir çox yerlərdə elektrik, qaz təsərrüfatı, rabitə xətləri sıradan çıxmış, elektrik, qaz və rabitə xidmətlərində fasilələr yaranmışdır.
Görülən operativ tədbirlər nəticəsində həmin gecə Tovuz və Qovlar şəhərlərində, rayonun bir sıra kəndlərində elektrik enerjisinin verilişi bərpa olunmuşdur. Təbii fəlakətin miqyasının müəyyənləşdirilərək ictimai mülkiyyətə və vətəndaşlara dəymiş ziyanın aradan qaldırılmasına kömək göstərilməsi barədə Respublikanın əlaqədar müvafiq orqanlarına müraciət olunmuşdur.