Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin vəzifə və səlahiyyətlərinin icrası vəziyyəti ilə bağlı videomüşavirə keçirilmişdir

11 iyun 2020 | 02:12

Tovuz RİH başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videomüşavirə keçirilmişdir.

Videomüşavirədə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş vəzifə və səlahiyyətlərin, İH başçısının tapşırıqlarının və qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin icrası sahəsində RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində görülən işləri, həmçinin ərazilərin sosial-iqtisadi inkişafı vəziyyətini ətraflı təhlil etmişdir.

Bu sahədə görülən işlərlə bağlı RİH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fərman Qurbanov məlumat vermişdir.

RİH başçısının inziabati ərazi dairəsi üzrə nümayəndəliklərində vəzifə və səlahiyyətlərin icrası, bir sıra nümayəndəliklərdə müvafiq təlimatlara uyğun olaraq sənədlərlə aparılan işlər, vətəndaşların müraciətlərinə baxılması və şifahi qəbulunun təşkili, kargüzarlıq işlərinin aparılması, təsərrüfatbaşına uçot kitablarının işlənməsi və məlumatların elekton sistemə daxil edilməsi və digər istiqamətlər üzrə qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti müzakirə olunmuşdur.

Videomüşavirədə rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədov nümayəndəliklərdə sənədlərlə aparılan işlərin nümunəvi qaydada təşkil olunması ilə bağlı tapşırıqlar vermiş, kiçik qruplar şəkilində ərazi icra nümayəndələrinin iştirakı ilə seminarların keçirilməsi, bu işlərə məsul olan şəxslərin mütəmadi olaraq təlimatlandırılması zərurətini diqqətə çatdırmışdır.

Rayon rəhbəri yerlərdə kənd təsərrüfatı işlərinin gedişi, taxıl biçininə hazırlıq, yanğın təhlükəsizliyi tədbirləri, suvarma suyundan səmərəli istifadə olunması ilə bağlı geniş fikir mübadiləsi aparmış, qeyri-neft sektorunun ənənəvi sahələrinin inkişafı ilə bağlı tapşırıqlar verilmişdir.

Müşavirədə koronavirus (COVID-19) pandemiyası ilə bağlı tibbi profilaktika və dizenfeksiya işlərinin davam etdirilməsi və yerli əhali arasında maarifləndirici və izahedici tədbirlərinin aparılmasının vacibliyi vurğulanmışdır.

Keçidlər