Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Heydər Əliyev Fondu tərəfindən yeni təhsil müəssisəsinin inşasına start verildi

02 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə sosial yönümlü siyasətin həyata keçirilməsində, əhalinin rifah halının yüksəlməsində, vətəndaş məmnunluğunun təmin edilməsində misilsiz xidmətlər göstərirlər. Regionların inkişafına daim diqqət göstərən və əhalinin problemlərini həll edən, sosial həssas əhali qrupuna həmişə qayğı göstərən Heydər Əliyev Fondunun fəaliyyəti xalq tərəfindən dəstəklənərək, böyük razılıqla qarşılanır.

“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Tovuz rayonunda növbəti məktəb binasının tikintisinə başlandı. Tovuz şəhər Adil Qasımov adına məktəb üçün bina vaxtilə Tovuzdakı alman koloniyası tərəfindən 90 il bundan əvvəl tikilmişdir.

Uzun illər istifadə edildiyindən qəzalı vəziyyətdə olan həmin məktəb binasının əsaslı şəkildə təmir etmək mümkün deyildi. Tələbatı və sakinlərin arzusunu nəzərə alaraq Heydər Əliyev Fondu həmin məktəbin yeni layihəsinin icrasına start verdi.

Yeni məktəb binasında bütün inventar və avadanlıqla təchiz edilən sinif otaqları 624 şagird üçün nəzərdə tutulub, bu isə, öz növbəsində, Tovuz təhsilinin keyfiyyətini daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları əsasında inşa edilən məktəb binası Tovuzun müəllim və şagirdlərinə yeni tədris ili hədiyyəsi olacaqdır.

Tovuz şəhər sakinləri onlara göstərilən bu qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Keçidlər