Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda faşizm üzərində Qələbənin 69-cu ildönümü qeyd olunmuşdur.

10 may 2014 | 15:00

Faşizm üzərində tarixi Qələbənin 69-cu ildönümü münasibətilə Tovuz şəhərindəki “Qəhrəmanlar parkı”nda təntənəli mərasim keçirilmişdir.
     Müharibə və əmək veteranları, rayon ictimaiyyətinin nümayəndələri Tovuz şəhərindəki “Qəhrəmanlar parkı”nda ucaldılmış “1941-1945” abidə kompleksinin önünə tər çiçək dəstələri qoymuş, həyatlarını Qələbə naminə qurban vermiş insanların xatirəsini ehtiramla yad etmişlər.
      Mərasimdə çıxış edənlər bildirmişlər ki, Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak etmiş, onlardan yalnız 1067 nəfəri sağ qayıda bilmişdir. Müharibədə Tovuzun igid oğlanlarından Mərdan Musayev, Yusif Sadıqov və Məstan Əliyev ən yüksək mükafata - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, minlərlə tovuzlu orden və medallarla təltif olunmuşdur.
     Tədbirdə ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğıdan da danışılmışdır.
     Sonda müharibə veteranları üçün bayram süfrəsi açılmışdır.

 

Keçidlər